...

Bakı-Quba yolunda qəzaya düşənlər müəllimlərdir - Nazirlik

Hadisə Materials 13 Dekabr 2022 12:42 (UTC +04:00)
Bakı-Quba yolunda qəzaya düşənlər müəllimlərdir - Nazirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Trend-in məlumatına görə, bu barədə bu gün Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" hesabında bildirib.

O qeyd edib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib.

"Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.

Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi adından dünyasını dəyişmiş müəllimimizə Allahdan rəhmət, yaxınlarına səbr, xəsarət alan müəllimlərimizə isə şəfa diləyirik!", - deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti