...

Yeni Zelandiya yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 20 Dekabr 2022 22:07 (UTC +04:00)

Bakı. Trend:

Yeni Zelandiya yaxınlığındakı Kermadek adalarında 6,0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzindən bildirilib.

Məlumata əsasən, yeraltı təkanların episentri təxminən 110 min nəfər əhalisi olan Tauranqa şəhərindən 548 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 60 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti