Bakı. Trend:
Bakıda yanacaqdaşıyan avtomobil yanıb, 1 nəfər ölüb.
Baş DYP İdarəsindən Trend-ə verilən məlumata görə bugun saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb. İlkin məlumata görə hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Hadisə nəticəsində 1 nəfər yanaraq ölüb. Ölən şəxs TIR sürücüsüdür.
Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib. DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər. Hadisə barədə ətraflı məlumat veriləcək.
XXX
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən çərşənbə axşamı Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.