...

Samuxda narkotik alverçisindən 1 kiloqramdan artıq heroin aşkarlandı (FOTO/VİDEO)

Hadisə Materials 4 Yanvar 2023 09:28 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Xanlar Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlindəki torbadan 8 bükümdə ümumi çəkisi 8 kq 412 qram olan qurudulmuş marixuana və 1 bükümdə çəkisi 1 kq 135 qram olan heroin aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri tanımadığı şəxsdən satmaq məqsədilə aldığını bildirib.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti