...

Azərbaycanda piyadanı vurub öldürən sərxoş sürücü beynəlxalq axtarışa verildi

Hadisə Materials 5 Yanvar 2023 12:37 (UTC +04:00)
Azərbaycanda piyadanı vurub öldürən sərxoş sürücü beynəlxalq axtarışa verildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daha bir Azərbaycan vətəndaşı İnterpol vasitəsilə axtarışa verilib.

Trend-in məlumatına görə, 1991-ci il təvəllüdlü Ziyad Hüseynli sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən yol qəzası törədib. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan Z.Hüseynli piyadanı vurub öldürərək hadisə yerindən qaçmaqda təqsirləndirilir. İstintaq orqanı faktla bağlı başlanan cinayət işi üzrə onu təqsirləndirilən şəxs kimi cəlb etsə də, Z.Hüseynli istintaqdan yayınıb.

Nəticədə 31 yaşlı təqsirləndirilən şəxs barəsində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib və o İnterpol vasitəsilə axtarışa verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti