...

Xocavənddə silah-sursat tapılıb (VİDEO)

Hadisə Materials 5 Yanvar 2023 13:38 (UTC +04:00)
Xocavənddə silah-sursat tapılıb (VİDEO)

Bakı. Trend:

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 4 tank əleyhinə idarə olunan raket sistemi, 2 qumbaraatan, 21 əl qumbarası, 156 müxtəlif çaplı mərmi, 12.800 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti