...

"Sədərək" TM-dəki yanğın zamanı oğurluğa cəhd edən 2 nəfər saxlanılıb - DİN (FOTO)

Hadisə Materials 8 Yanvar 2023 21:33 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Sədərək" ticarət mərkəzindəki yanğın zamanı obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər.

Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti