Bakı. Trend:
Sumqayıtda yaşayış binasında yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə şəhərin 6-cı mikrorayon, ev 16 ünvanında qeydə alınıb.
Yanğın binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində
olub. Hadisə nəticəsində qeyri-yaşayış sahəsi tam yanıb, alov
binanın ikinci mərtəbəsindəki 3 otaqlı mənzilə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə
briqadaları cəlb edilib.
Yanğın tam söndürülüb.