...

Beyləqanda avtomobil aşıb, sürücü ölüb

Hadisə Materials 25 Yanvar 2023 10:14 (UTC +04:00)
Beyləqanda avtomobil aşıb, sürücü ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqanda avtomobil aşıb, sürücü ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, ötən gün axşam saat 18:00 radələrində Ağcabədi rayon sakini Əhməd Həsənov "VAZ" markalı avtomobillə Beyləqan rayonunun Örənqala qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü Ə.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti