...

Sabirabadda 7 otaqlı evdə yanğın olub

Hadisə Materials 31 Yanvar 2023 20:08 (UTC +04:00)
Sabirabadda 7 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Sabirabad rayonunun Əlicanlı kəndində ümumi sahəsi 190 m² olan birmərtəbəli, 7 otaqlı evin 1 otağının, dəhlizinin və mətbəxinin qamışdan ibarət tavanı 35 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti