...

Bir gündə borca görə 86 nəfər saxlanılıb

Hadisə Materials 7 Fevral 2023 11:12 (UTC +04:00)
Bir gündə borca görə 86 nəfər saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün ölkədə axtarışda olan 114 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, saxlanılan şəxslərdən 86 nəfər barəsində borca görə axtarış elan olunubmuş.

Gün ərzində ölkədə 66, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin üstü açılıb.

Avtomobil yollarında baş verən 2 yol qəzasında 2 nəfər ölüb.

Həmçinin, narkotiklərlə əlaqəli 23, qanunsuz silah saxlama ilə 9 fakt müəyyən edilib.

Gün ərzində cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti