...

Bakıda cibgir qadın yaxalandı

Hadisə Materials 9 Fevral 2023 10:56 (UTC +04:00)
Bakıda cibgir qadın yaxalandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda cibgirliklə məşğul olan 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşları marşrut avtobusunda bir qadının çantasından 570 manatı, sənəd və bank kartını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyevi saxlayıb.

Həmin gün NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşları Bakı dəmir yolu stansiyasında M.Səlimovun 340 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məsim Nağıyevi, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşları isə H.Seyidzadə küçəsindəki mağazaların birində bir qadının içərisində 500 manatı, sənəd və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti