...

Naxçıvanda yaşayış binasındakı yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Fevral 2023 17:50 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda yaşayış binasındakı yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17:08

Naxçıvan şəhərinin Əlincə məhəlləsində yaşayış binasında baş verən yanğın nəzarət altına alınıb.

Trend xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və xüsusi avtomobilləri cəlb olunub.

***

16:41

Naxçıvan şəhərində yaşayış binasında yanğın hadisəsi baş verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti