...

Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Hadisə Materials 19 Fevral 2023 10:21 (UTC +04:00)
Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti