...

Hatayda 5 bal gücündə daha bir zəlzələ olub

Hadisə Materials 23 Fevral 2023 20:12 (UTC +04:00)
Hatayda 5 bal gücündə daha bir zəlzələ olub

Bakı. Trend:

Türkiyənin Hatay şəhərində daha bir zəlzələ olub.

Trend xəbər verir ki, bu badədə AFAD məlumat yayıb.

"Hatayın Dəfnə rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb", - məlumatda deyilir.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti