...

Yevlaxda üç nəfər bıçaqlanıb

Hadisə Materials 11 Mart 2023 18:50 (UTC +04:00)
Yevlaxda üç nəfər bıçaqlanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlax rayonunda üç nəfər bıçaqlanıb.

Trend-in əldə etdiyi məlumata görə, bıçaqlanma ailə münaqişəsi zəminində baş verib.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların bir ailənin üzvü olduqları bildirilir. Rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.Onlar xəstəxanaya yerləşdirilib.

Ümid Bağırovun vəziyyəti ağır, Nazənin Həsənovanın və Vüsalə Bağırovanın vəziyyəti orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti