Bakı. Trend:
Türkiyənin zəlzələ bölgəsində güclü sel insan tələfatına səbəb olub.
Trend bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Sel Şanlıurfada 9, Adıyamanda isə 1 nəfərin ölümünə səbəb olub. İtkin düşən 3 nəfərin axtarışları davam edir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.