...

Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb

Hadisə Materials 20 Mart 2023 22:35 (UTC +04:00)
Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb

Bakı. Trend:

Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Nazirlikdən bildirilib ki, Yevlax rayonunun Ərəş kəndində dörd yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu martın 19-da yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti