...

Qaradağda tikinti tələblərinə əməl etmədən aparılan hasarlanma və tikinti işləri dayandırılıb (FOTO)

Hadisə Materials 5 Aprel 2023 17:16 (UTC +04:00)
Qaradağda tikinti tələblərinə əməl etmədən aparılan hasarlanma və tikinti işləri dayandırılıb (FOTO)

Bakı. Trend:

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1A massivi ünvanında (Lökbatan gölünün ətrafında) torpaq sahələrinin ayı-ayrı şəxslər tərəfindən zəbt olunaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

Qurumdan Trend-ə bildirilib ki, Məsələ ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, həmçinin Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Lökbatan bələdiyyəsinin əməkdaşları tərəfindən yerində aparılan araşdırma nəticəsində Lökbatan qəsəbəsi, 1A massivi ünvanında dövlətin müstəsna mülkiyyətində olan əraziyə tikinti materialı (mişar daşı) boşaldılaraq torpaq sahələrinin zəbt olunması aşkar edilmişdir. Həmçinin, zəbt olunmuş torpaq sahələrində Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə əməl etmədən hasarlanma və tikinti işlərinin həyata keçirilməsi faktları müəyyən edilmişdir. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 04-05 aprel tarixlərində qeyd olunan ünvandan tikinti materialı (mişar daşı) daşınaraq ərazi əvvəlki vəziyyətə gətirilmişdir. Həmçinin ərazidəki tikinti işləri dayandırılmış, tikinti aparan şəxslərə xəbərdarlıq edilmiş və rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində qanunamüvafiq qaydada tədbirlər görülmüşdür.

Əlavə olaraq qeyd edək ki, cari il üzrə Lökbatan qəsəbəsi ərazisində ümumilikdə 24 torpaq zəbt olunması cəhdinin və qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınmışdır. Hal-hazırda da qəsəbələrdə mütəmadi olaraq qanunsuz tikililər ilə bağlı monitorinqlər təşkil edilərək nəzarət prosesi davam etdirilir.

Bundan əlavə qeyd edək ki, qanunsuz tikililərlə mübarizə işləri Qaradağ Rayon İcra Hakimiyyətinin daim nəzarətindədir və bununla bağlı mütəmadi reydlər keçirilir. Reydləri nəticəsi İcra Hakimiyyəti Başçısının sədrliyi ilə keçirilən müşavirələrdə müzakirə olunur və bu barədə ictimaiyyətə mütəmadi xəbər verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti