...

İrandan Azərbaycana 20 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 18 Aprel 2023 12:46 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aprel ayının 13-də saat 23:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini 1982-ci il təvəllüdlü Qurbanov Vüqar Hidayət oğlu şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 20 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti