...

Cocuq Mərcanlıda mina partlayışı ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 1 May 2023 19:35 (UTC +04:00)

Bakı. Trend:

Cocuq Mərcanlıda mina partlayışı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Trend-ə Cəbrayıl rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin bildirilib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti