Bakı. Trend:
Beyləqanda ölümlə nəticələnmən ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Qəhrəmanlı qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Salahlı Əyyub Sahib oğlu idarə etdiyi “Mercedes Benz E190” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.
Nəticədə avtomobildə olan sərnişinlər - 2001-ci il təvəlluüdlü Orucov Rəşad Elxan oğlu və 1995-ci il təvəllüdlü Xudiyev Eltun İsrəfil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü Ə.Salahlı xəsarət alıb.