...

Qəza nəticəsində itkin düşən gənc axtarılır (FOTO/VİDEO)

Hadisə Materials 29 May 2023 11:06 (UTC +04:00)
Qəza nəticəsində itkin düşən gənc axtarılır (FOTO/VİDEO)

Bakı. Trend:

Yevlaxda avtomobil qəzası nəticəsində su kanalına düşdüyü ehtimal edilən gənc axtarılır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir.

Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.

Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti