...

Qubadlıda avtomobil batıb, 2 nəfər köməksiz vəziyyətdə qalıb (FOTO)

Hadisə Materials 3 İyun 2023 14:05 (UTC +04:00)
Qubadlıda avtomobil batıb, 2 nəfər köməksiz vəziyyətdə qalıb (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən verilən məlumata görə, hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Hyundai" markalı minik avtomobili torpaq yolda hərəkətdə olarkən batıb və iki nəfər köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobil çıxarılaraq vətəndaşlara müvafiq köməklik göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti