...

Yasamalda baş verən yanğın söndürülüb (YENİLƏNİB) (FOTO/VİDEO)

Hadisə Materials 24 İyun 2023 15:49 (UTC +04:00)
Yasamalda baş verən yanğın söndürülüb (YENİLƏNİB) (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yasamalda yanğın baş verib.

Trend xəbər verir ki, hadisəyə səbəb quru otların yanması olub. Yanğının Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülməsi üçün işlər görülür.

FHN-dən bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

XXX

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın qısa zamanda məhdudlaşdırılaraq söndürülüb.

Trend hadisə yerindən görüntüləri təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti