...

Həmkəndlisini öldürmək istəyən şəxsin istintaqı sona çatıb

Hadisə Materials 7 İyul 2023 18:43 (UTC +04:00)
Həmkəndlisini öldürmək istəyən şəxsin istintaqı sona çatıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il martın 18-i Astara rayonunun Artupa kənd sakini Şamxal Şahverdiyevin qonşusu Alqış Quliyevi qəsdən öldürməyə cəhd etməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Trend-ə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla Şamxal Şahverdiyevin tanışı Saleh Yusifovla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını oğurluq yolu ilə talaması, bundan sonra həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub bıçaqla xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Şamxal Şahverdiyevə Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 157.1 (mənzil toxunulmazlığını pozma), 177.2.1 və 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) maddələrilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti