...

Tərtərdə taxıl sahəsi yanıb

Hadisə Materials 10 İyul 2023 17:33 (UTC +04:00)
Tərtərdə taxıl sahəsi yanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Bala Kəngərli kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, taxıl sahəsində baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək yaxınlıqdak digər əkin sahələrinə keçməsi ehtimalı yüksəkdir.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri ve təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək, genişlənərək digər taxıl sahələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində təxminən 1,5 ha biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti