...

Gözəllik salonunda qadının cüzdanını oğurladı

Hadisə Materials 21 İyul 2023 11:38 (UTC +04:00)
Gözəllik salonunda qadının cüzdanını oğurladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə iyulun 18-də rayon ərazisində yerləşən gözəllik salonunda bir qadının çantasından içərisində pul, sənəd və bank kartları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.

DİN-dən Trendə verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əlixan Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti