...

Polis Bakıda əməliyyat keçirdi - 25 Nepal vətəndaşı saxlanıldı

Hadisə Materials 25 İyul 2023 12:22 (UTC +04:00)
Polis Bakıda əməliyyat keçirdi - 25 Nepal vətəndaşı saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 24-də Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 25 nəfər Nepal vətəndaşı qeyd edilən qanun pozuntusuna yol verdiyi üçün saxlanılıb. Onlar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşama) maddəsinə əsasən protokol tərtib olunub.

Həmin şəxslər barəsində toplanan materiallar aidiyyəti üzrə digər dövlət orqanına təhvil verilib. Araşdırmalar zamanı onların ölkəmizdən tranzit kimi istifadə edərək qeyri-leqal yollarla Avropa ölkələrinə getmək istədikləri müəyyən olunub.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən tərbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti