...

Getdik ki, əsiri asıblar, donuz da onun meyitini yeyib - Şuşa həbsxanasında saxlanılmış Həbib Kazımov

Hadisə Materials 15 Avqust 2023 16:48 (UTC +04:00)
Getdik ki, əsiri asıblar, donuz da onun meyitini yeyib - Şuşa həbsxanasında saxlanılmış Həbib Kazımov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Şuşa. Trend:

Mən 1992-ci ildə Qubadlı rayonunda başımdan yaralanaraq əsir düşmüşəm.

Bunu Trend-ə Şuşa həbsxanasında əsirlikdə olan Həbib Kazımov deyib.

O bildirib ki, 1 il 9 ay Şuşa həbsxanasında əsirlikdə olub.

"Mən əsirlikdə olduğum müddətdə odəhşətli işgəncələr görmüşəm. Hər bir vəhşiliyin şahidi olmuşam. Elə əsir yoldaşım vardı ki, onları iş adı ilə aparırdılar, gətirmirdilər. Halbuki biz indi şahidi oluruq ki, həmin əsir yoldaşlarımız vəhşicəsinə öldürülərək burada basdırılıb. Bir sözlə, bu Şuşa həbsxanasında ermənilər bizə çox əzab-əziyyət verib.

O vaxt həbsxananın həyətində olan su hovuzu su ilə dolu idi. Qış vaxtı bizi işlədəndən sonra hovuzun içinə atırdılar. Burada olan əsirlər var idi ki, onları öldürüb meyitlərin donuzlara yedirdirdilər. Hətta bir əsir var idi, burada onu asmışdılar. Biz getdik ki, onu asıblar, donuz da aşağıdan yuxarı ağzı çatana qədər onun meyitini yeyib", - deyə o qeyd edib.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti