...

Siyəzəndə sexdə yanğın olub

Hadisə Materials 21 Avqust 2023 16:48 (UTC +04:00)
Siyəzəndə sexdə yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Siyəzən rayonunun Siyəzən kəndində həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, həyətyanı sahədə fəaliyyət göstərməyən ümumi sahəsi 800 m² olan sexdə yanğın baş verib. Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sexin yanar konstruksiyaları 600 m² sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti