...

Mingəçevirdə mağazada yanğın olub

Hadisə Materials 13 Sentyabr 2023 21:24 (UTC +04:00)
Mingəçevirdə mağazada yanğın olub

Bakı. Trend:

Mingəçevir şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 100 m² olan geyim mağazasının sahəsi 1 m² olan otagının lambirdən ibarət tavanı və içərisində olan geyim əşyaları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti