Bakı. Trend:
Sosial şəbəkələrdə Siyəzən rayonunda Aynur adlı qadının pişikləri toplayaraq öz yaşadığı evdə məhvə məhkum etməsi, onları yandırması və işgəncə verməsinə dair iddia edilən görüntülər yayılıb.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov bildirib ki, yayılan görüntülərlə bağlı Siyəzən Rayon Polis Şöbəsinə məlumat daxil olub.
"Hazırda RPŞ-nin təhqiqat qrupunda zəruri araşdırmalar aparılır. Yekunda məsələyə hüquqi qiymət veriləcək", - deyə o, qeyd edib.
Qeyd edək ki, Siyəzən rayonunda Aynur adlı qadının yüzlərlə pişiyi evinin zirzəmisində saxlamasına dair iddialar irəli sürülüb. İddialara görə, qadın himayəsinə götürərək saxladığı pişiklərə işgəncələr verib.