...

Zəlzələdən sonra hazırda zəif afterşoklar qeydə alınır (YENİLƏNİB)

Hadisə Materials 7 Dekabr 2023 09:38 (UTC +04:00)
Zəlzələdən sonra hazırda zəif afterşoklar qeydə alınır (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Zəlzələdən sonra hazırda zəif afterşoklar qeydə alınır.

Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

xxx

09:19

Bakıda güclü zəlzələ gözlənilmir.

Bunu Trend-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

O, əhalini narahat olmamağa çağırıb.

"Bundan sonra da, ola bilsin, afterşoklar olsun. Lakin onlar qorxulu olmayacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti