...

Gəncədə birmərtəbəli ev yanıb

Hadisə Materials 27 Yanvar 2024 22:38 (UTC +04:00)
Gəncədə birmərtəbəli ev yanıb

Bakı. Trend:

Gəncə şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və çardağı 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti