...

Novxanıda birmərtəbəli evdə yanğın olub

Hadisə Materials 9 Mart 2024 08:50 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunun Novxanı kəndində açıq ərazidə 10 m² sahədə taxta tullantıları yanıb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yüksək temperaturdan ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 2 p.m elektrik kabeli əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti