...

Mingəçevirdə 37 yaşlı qadını qətlə yetirən şəxs saxlanılıb (YENİLƏNİB)

Hadisə Materials 10 Mart 2024 21:05 (UTC +04:00)
Mingəçevirdə 37 yaşlı qadını qətlə yetirən şəxs saxlanılıb (YENİLƏNİB)

Bakı. Trend:

Mingəçevir şəhərində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.

xxx

18:05

Martın 10-da saat 17:30 radələrində Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti