...

Sumqayıtda mənzildə yanğı olub

Hadisə Materials 13 Aprel 2024 22:08 (UTC +04:00)
Sumqayıtda mənzildə yanğı olub

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, 1 ədəd kondisioner,1 ədəd xalça və döşəmə 6 m² sahədə yanıb. Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti