...

Xudatda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Hadisə Materials 27 May 2024 16:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunun Xudat şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

Trend FHN-ə istinadən xəbər verir ki, nəticədə mətbəxin içərisində olan əşyalar qismən yanıb. Partlayış zərbə dalğasının təsirindən mətbəxin pəncərə şüşələri sınıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti