Bakı. Trend:
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, bu gün saat 19:30 radələrində Şabran rayonu ərazisində rayon sakini Məmmədəli Quliyev idarə etdiyi "Opel" markalı avtomobil ilə yolu keçən piyada 2008-ci il təvəllüdlü rayon sakini L.Osmanovanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran RMX-çatdırılan şəxs orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.