...

Tovuzda zəncirvarı qəza - Ölən var

Hadisə Materials 21 İyun 2024 15:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tovuzda zəncirvari qəza olub.

Trend xəbər verir ki, hadisə Tovuz şəhərinin Musa Musayev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, küçədə hərəkətdə olan minik maşınının sürücüsünün sükan arxasında səhhəti pisləşib. Bu zaman idarəetmənin itməsi nəticəsində maşın 4 avtomobilə çırpılıb.

Həmin şəxs ürək tutmasından hadisə yerində ölüb. Ölən şəxsin rayonun Aşağı Öysüzlü kənd sakini 1956-cı il təvəllüdlü Cəfərov Nikolay Nuru oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti