Ağdam. Trend:
Ağdamda minik avtomobili velosipedlə hərəktdə olan 15 yaşlı uşağı vurub.
Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Hüseynli Vüsal Ramil oğlu velosipedlə yolu keçmək istəyərkən 90-UX-771 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili onu vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan V.Hüseynli Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım gösdərildikdən sonra vəziyyəti ağır olduğundan Bərdəyə aparılıb.
Faktla bağlı araşdırma aparılır.