...

Gədəbəydə "Lexus" 11 yaşlı piyadanı vuraraq öldürüb

Hadisə Materials 27 İyun 2024 09:53 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Gədəbəydə piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki Rusiya vətəndaşı idarə etdiyi "Lexus" markalı minik maşını ilə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçməyən 2013-cü il təvəllüdlü Yusif İsmayılovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti