İtaliyada 5,1 bal gücündə zəlzələ baş verib

Hadisə Xəbər 2 Avqust 2024 00:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tələfat və dağıntılar barədə məlumat yoxdur

Trend TASS-a istinadən xəbər verir ki, İtaliyanın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Seysmoloji Mərəkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri təxminən 2,5 min nəfər əhalisi olan Lonqobukko kommunasından 8 km cənub-şərqdə yerləşib. Zəlzələnin episentri 18 km dərinlikdə yerləşir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti