...

Ceyranbatanda yaşayış binasında yanğın baş verib

Hadisə Materials 2 Sentyabr 2024 15:39 (UTC +04:00)
Ceyranbatanda yaşayış binasında yanğın baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yanğın olub.

Trend FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkan qəfəsində quraşdırılan 3 ədəd qoruyucu açar və 2 paq.m elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti