Bərdə. Trend:
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə Yevlax-Ağdam-Laçın avtomobil yolunun Yevlax rayon Malbinəsi kəndindən keçən hissəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Yevlax rayon Malbinəsi kənd sakini Hacıyev Pənah Elbrus oğlu idarə etdiyi 99-UC-920 dövlət qeydiyyat nişanlı "Kia Sorento" markalı minik avtomobili ilə hərəkətdə olan zaman Yevlax şəhər sakini 1961-ci il təvəllüdlü Cabbarov Rafiq Məlik oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
xxx
15:21
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə Yevlax Yevlax Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu saatlı kəndi ərazisində qeydə alınıb.
"KİA" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub. Hadisə zamanı ağır xəsarət alan kişi Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılsada həkimlər onun həyatını xilas edə bilməyiblər. Qəzada həyatını itirən kişinin şəxsiyyəti müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.