Bakı. Trend:
Xəzər dənizində 4 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yerli vaxtla saat 08:22-də baş verən yeraltı təkanların maqnitudası 4.0 olub. Zəlzələ ocağı Yerin 44 kilometr dərinliyində yerləşib.