...

Bakıda oğurluq və dələduzluqda şübhəli bilinənlər saxlanılıb

Hadisə Materials 12 Mart 2025 19:48 (UTC +04:00)
Bakıda oğurluq və dələduzluqda şübhəli bilinənlər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 765 manat dəyərində müşahidə kamerasının oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı H.Vəliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, bir nəfərin etibarından sui-istifadə edərək 125 manatını ələ keçirməkdə şübhəli bilinən 45 yaşlı N.Quliyevin saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti