...

Xırdalanda yaşayış binasında yanğın olub (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 20 Mart 2025 11:35 (UTC +04:00)
Xırdalanda yaşayış binasında yanğın olub (ƏLAVƏ EDİLİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayış binasında yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ikiotaqlı mənzilin mətbəxində 2 p.m. mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

xxx

11:16

Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, FHN-in 112-i qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub.

Qeyd edilib ki, hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti