...

Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb

Hadisə Materials 24 Aprel 2025 12:23 (UTC +04:00)
Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu ərazisində yerləşən tikinti şirkətlərinin birindən 476 manat dəyərində 3 ədəd mühərrik oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 34 yaşlı B.İsmayılov saxlanılıb.

Sabunçu rayonu ərazisində isə evlərin birindən oğurluğa cəhd göstərən əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Məmmədov da saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti